• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Zelenskidən ÇAĞIRIŞ: Hamı döyüşə!

DÜNYA

27 Fevral 2022 | 11:30 | Müəllif: Subhan Mahmudov

Zelenskidən ÇAĞIRIŞ: Hamı döyüşə!

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiəsini gücləndirmək üçün yeni hərbi strukturun - "Ukraynanın Beynəlmiləl Ərazi Müdafiəsi Legionu"nun yaradıldığını bəyan edib.

Bakıvaxtı.az Ukrayna Prezidentinin rəsmi saytına istinadən bildirir ki, legion Ukraynada Rusiyanın silahlı qüvvələrinə qarşı vuruşmaq istəyən əcnəbilərdən formalaşdırılacaq.

"Ukrayna rəhbərliyi Beynəlxalq təhlükəsizliyin təminatına və rusiyalı işğalçılara qarşı müqavimətə qoşulmaq istəyən bütün xarici ölkə vətəndaşlarına ölkəmizə gələrək Ərazi Müdafiə Qüvvələrinin sıralarına qoşulmağı təklif edir", - bəyanatda deyilir.

Xatırladaq ki, Ukrayna Prezidentinin 10 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Silahlı Qüvvələrdə hərbi xidmət keçmə haqqında Əsasnamə"yə əsasən, əcnəbilər Ukrayna Silahlı Qüvvələrinə hərbi xidmət keçmək, ərazi müdafiə qüvvələrinin sıraları da daxil olmaqla könüllülük əsasında müqavilə bağlamaq hüququna malikdirlər.(milli.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026