Rusiya Ukraynada hücumlarını davam etdirir.
Bakıvaxtı.az-ın məlumatına görə, ölkənin ən mühüm strateji nöqtələrindən biri olan Jitomir şəhərində bir çox hərbi və mülki məntəqə vurulur. Hücumlardan sonra xəyal şəhərə çevrilən Jitomirdə küçələr boşdur və şəhərin demək olar ki, hər nöqtəsi barrikadalarla əhatə olunub.
Hücumlardan ən çox zərər çəkən mülki yaşayış məntəqələrindən olan Romana Şuxeviça küçəsində bir çox ev və iş yerləri yararsız hala düşüb.
Rusiya raketinin düşdüyü ərazidə böyük krater yaranıb.
Partlayışın təsirindən evlər dağılıb, maşınlar parçalanıb.
Aytac Aslan
















