• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Robotlara yeni bacarıqları öyrətmək üçün neyron şəbəkə yaradılıb

DÜNYA

28 Aprel 2022 | 03:18 | Müəllif: Qalib İbrahimoğlu

Robotlara yeni bacarıqları öyrətmək üçün neyron şəbəkə yaradılıb

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri robotlara yeni bacarıqları tez bir zamanda öyrətməyə imkan verən neyron şəbəkə yaradıblar.

Bakıvaxtı.az  xarici saytlara istinadla xəbər verir ki, icad edilən yeni texnika bir neçə dərs vəsaitinin köməyi ilə ağıllı maşınları yenidən proqramlaşdırmağa imkan verir. Alimlər tərəfindən sınaqdan keçirilən robotlar yeni bacarıqları çox tez – cəmi 10-15 dəqiqə ərzində öyrəniblər.

Nümunə olaraq ekspertlər əşyaların boşaldılması və çeşidlənməsi ilə məşğul olan anbar robotlarını göstəriblər. Bir qayda olaraq, maşınlar xüsusi yüklərlə, məsələn, stəkan və qablarla işləmək üçün öyrədilir.

Mütəxəssislər tərəfindən yaradılan neyron şəbəkə 3D obyektlərin skan edilməsi metoduna əsaslanır (azərtac). Cihaza bu və ya digər obyekti hər iki tərəfdən göstərdikdən sonra maşın özü onunla nə edəcəyini başa düşür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026