• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Blinken və Kuleba ərzaq böhranını müzakirə etdi

DÜNYA

27 May 2022 | 21:20 | Müəllif: Subhan Mahmudov

Blinken və Kuleba ərzaq böhranını müzakirə etdi

ABŞ dövlət katibi Entoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Tərəflər ABŞ-ın Ukraynaya hərbi yardımı və qlobal ərzaq böhranından çıxış yollarını müzakirə ediblər.

"Dövlət katibi Entoni Blinken ABŞ-ın Ukraynaya hərbi yardımının davam etdirilməsini müzakirə etmək üçün bu gün ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıb. Dövlət katibi və xarici işlər naziri qlobal ərzaq təhlükəsizliyi böhranının həlli istiqamətində görülən səylər barədə məlumat mübadiləsi aparıblar", - deyə bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026