• Bakı 30° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.754

    RUB - 0.0279

11 yaşında 11 milyon dollar qazandı

DÜNYA

26 Iyun 2022 | 14:59

11 yaşında 11 milyon dollar qazandı

Mikeyla Ulmerin çoxmilyonuq biznes hekayəsi onun cəmi dörd yaşı olarkən başlayıb. O zaman ailəsi ona Aktondakı Uşaq Biznes Sərgisində və Ostindəki Limonad Günündə iştirak etməyi təklif edib. Mikeylanın nənəsi nəvəsinə 1940-cı illərdə kətan toxumu limonadının xüsusi reseptini özündə əks etdirən yemək kitabını göndərib.

Bakıvaxtı.az xəbər verir ki, qız köhnə yemək kitabındakı reseptə bal və nanə də əlavə edib. Beləliklə, “Be Sweet” limonadı yaranıb.

İçkiyə tələbat artdıqca artıq məktəbli olan qızın valideynləri daimi olaraq evin qarşısında köşk açıb, özləri limonad hazırlayaraq satmağa başlayıblar.

Ulmerlər satılan hər şüşədən əldə edilən gəlirin 10%-ni arıları xilas etmək üçün mübarizə aparan yerli və beynəlxalq təşkilatlara ianə ediblər.

Biznesin ilkin mərhələlərində ailə istehsal mətbəxi icarəyə götürüb, həftədə 10 qutu limonad hazırlayıb. Hazırda qızın atası Teo Ulmer istehsala rəhbərlik edir və pərakəndə mağazalarına limonad daşıyan anası isə indi şirkətin PR məsələlərinə cavabdehdir.

“Biznesin bu qədər sürətlə böyüyəcəyini və cəmiyyət tərəfindən müsbət qəbul ediləcəyini gözləmirdim. Mikeylanın arzusu naminə hamımız özümüz üçün yeni peşələr öyrənməli olduq. Əvvəlcə “Dell”də işləyirdim və əsas işimi limonad biznesilə utğulaşdırmağa çalışırdım. Amma sonuncusu bütün həyatımızı dəyişdi”, - deyə Teo bildirib.


SON XƏBƏRLƏR

12 Avqust 2022