• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Bu haker qrupu barədə məlumat üçün 15 milyon dollar vəd edildi

DÜNYA

26 Iyul 2022 | 01:26 | Müəllif: Qalib İbrahimoğlu

Bu haker qrupu barədə məlumat üçün 15 milyon dollar vəd edildi

ABŞ hakimiyyəti Qərbin rəqəmsal infrastrukturuna qarşı bir sıra miqyaslı hücumlarda şübhəli bilinən “Conti” haker qrupu haqqında informasiya üçün 15 milyon dollar mükafat təyin edib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, 15 milyon dollar “Conti” üzvlərinin aşkarlanmasına və həbsinə imkan verəcək məlumat üçün nəzərdə tutulub. Bundan başqa, daha 5 milyon dollar hakerlərlə əməkdaşlıq edənlər haqda informasiya verən şəxslərə ödəniləcək.

Məlumata görə, Sankt-Peterburq şəhərində yerləşən qruplaşma barədə üç ölkənin - İrlandiya, Böyük Britaniya və ABŞ-ın müvafiq orqanları tərəfindən təhqiqat başlayıb. “Conti” üzvləri İrlandiyanın Milli Səhiyyə Xidmətinə, Böyük Britaniyanın “Graff” zərgərlik evinə və Kosta-Rikanın vergi xidmətinə qarşı kiber hücumlarda şübhəli bilinirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026