Lissabonda yaşı 65-dən yuxarı olan şəhər sakinləri ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.
Bakıvaxtı.az xəbər verir ki, 13-23 yaş arası gənclər üçün nəqliyyatdan pulsuz istifadə isə sentyabrda təklif olunacaq.
Məlumata görə, pulsuz nəqliyyat sisteminin tətbiqi ictimai nəqliyyatdan istifadəni təşviq etmək, eləcə də əhalinin yoxsul təbəqələrini yanacağın qiymətinin kəskin artımından qorumaqdır.
Lissabon meri Karlos Moedaş bildirib ki, bu tədbir ekoloji davamlılıq məqsədlərinin, iqlim dəyişikliyi ilə mübarizənin bir hissəsidir. Onun sözlərinə görə, Lissabon Avropada bu tədbiri həyata keçirən ilk böyük paytaxtdır və bu tədbir digər şəhərləri və ölkələri də oxşar təşəbbüsə ruhlandırmalıdır.
Qeyd edək ki, 2022-ci il aprelin 21-də Lissabon Şəhər Şurası 2025-ci il dekabrın 31-dək qüvvədə olacaq şəhərdə pulsuz ictimai nəqliyyat təklifini yekdilliklə təsdiqləyib.
Yarım milyondan çox əhalisi olan şəhərə bu tədbirin təxminən 15 milyon avroya başa gələcəyi gözlənilir.
Bakı 



