• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Tükürpərdən CİNAYƏT: Hamilə rəfiqəsini qətlə yetirib, qarnını yardı

DÜNYA

25 Avqust 2022 | 09:09 | Müəllif: Subhan Mahmudov

Tükürpərdən CİNAYƏT: Hamilə rəfiqəsini qətlə yetirib, qarnını yardı

Braziliyanın Santa-Katerina ştatında tükürpədən cinayət baş verib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı Rozalba Maria rəfiqəsi, məktəbdə müəllim işləyən Flavia Marfanın ad gününü təbrik etmək adı ilə onu evindən çıxararaq heç kimin olmadığı əraziyə aparıb.

Planın davamında qatil Flavia Marfanın başına kərpiclə bir neçə zərbə endirib və nəticədə 25 yaşlı hamilə qadın ölüb.

Lakin qatilin hamını dəhşətə gətirən cinayəti bununla bitməyib.

Canını tapşırmış hamilə rəfiqəsinin qarnını yaran Rozalba Maria onun uşağını bətnindən çıxararaq hadisə yerindən uzaqlaşıb.

Həyat yoldaşının gəlmədiyini görən Marfanın əri polisə onun itkin düşməsi barədə məlumat verib.

Aparılan axtarışlar nəticəsində cinayətkar tapılaraq istintaqa təhvil verilib.

Məhkəmə qatil qadını 57 il həbsə məhkum edib.(oxu.az)

Qeyd olunur ki, Flavia Marfanın körpəsi sağ tapılaraq onun ailəsinə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026