• Bakı 16° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Türkiyənin NATO sammitindəki gündəliyi açıqlandı

DÜNYA

26 Iyun 2022 | 21:09

Türkiyənin NATO sammitindəki gündəliyi açıqlandı

İyunun 28-30-da İspaniyanın paytaxtı Madriddə NATO liderlərinin sammiti keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə 30 üzv ölkənin dövlət və ya hökumət başçıları ilə yanaşı, üzvlük üçün müraciət etmiş İsveç və Finlandiyanın da yüksək səviyyəli nümayəndələri iştirak edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılacağı sammitdə ölkənin hansı məsələləri qaldıracağı məlum olub.

Bildirlib ki, Ərdoğanın gündəliyinə İsveç və Finlandiyanın NATO üzvlüyü, taxıl dəhlizi, Rusiya-Ukrayna müharibəsi, Yunanıstanla mövcud problemlər, Suriyanın şimalında keçirilməsi planlaşdırılan əməliyyat və qlobal iqtisadiyyatla bağlı məsələlər daxildir.


SON XƏBƏRLƏR

25 Aprel 2024