• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Qubermandan Putinin ölümü ilə bağlı PROQNOZ: Tezliklə...

DÜNYA

26 Iyun 2022 | 19:37

Qubermandan Putinin ölümü ilə bağlı PROQNOZ: Tezliklə...

Rusiya prezidenti Vladimir Putin milyonlarla insanın istəyinə baxmayaraq, tezliklə ölməyəcək.

Bakıvaxtı.az "unian"a istinadla xəbər verir kii, bunu Dmitri Qordona müsahibəsində rus və israilli şair İqor Quberman deyib.

Onun sözlərinə görə, Putin ölməyəcək, o, uzun müddət yaşayacaq və bütün Rusiya ordusu Rusiya sərhədinə sıxışdırılanda o, planın yerinə yetirildiyini, “hər şeyin edildiyini” elan edəcək və hamı sakitləşəcək: "Özü də ölməyəcək və onu heç kim öldürməyəcək, çünki indi yüz milyonlarla insan bir insanın ölümünü arzulasa da, özünə qarşı diqqətli münasibəti ilə, onu izləyən və arxasınca gedən 60 həkimlə və öz dəhşətli sayıqlığı ilə uzun müddət yaşayacaq və ona heç bir şey edilməyəcək"

Qeyd edək ki, bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiya prezidenti Vladimir Putinin xərçəng də daxil olmaqla ağır xəstəliklərə baxmayaraq, daha bir neçə il yaşaya biləcəyini bildirmişdi. Media da Putinin xərçəngin ağır forması olduğunu, onun iki-üç il ömrünün qaldığını yazsa da, Kreml bu məlumatı təkzib edib.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025