• Bakı 18° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Afinadan Ukraynaya AB maneəsi

DÜNYA

27 May 2022 | 19:36 | Müəllif: Subhan Mahmudov

Afinadan Ukraynaya AB maneəsi

Yunanıstan və Kipr Ukraynanın AB üzvlüyünü dəstəkləyir, lakin sürətləndirilmiş üzvlüyə qarşıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Euractiv” diplomatik mənbələrə istinadla məlumat yayıb.

“Yunanıstan Xarici İşlər Nazirliyindən bildiriblər ki, ölkənin bu məsələdə mövqeyi Avropa Birliyi razılaşmasının 49-cu maddəsinə əsaslanır və bütün prosedurlara əməl olunmalıdır. Yunanıstanın Ukraynanın namizədliyini dəstəkləyib- dəstəkləməyəcəyi sualına gəlincə, mənbə bildirib ki, Afinada əvvəlcə Avropa Komissiyasının təklifini görmək istəyirlər”, - nəşr qeyd edib.

Cənubi Kiprdən isə bildirilib ki, ilk addım Avropa Komissiyasının verdiyi rəyin hansı istiqamətdə inkişaf edəcəyini görmək olacaq. Əgər rəy müsbət olarsa, Kipr Ukraynaya namizəd statusunun verilməsinə razılaşacaq. Eyni zamanda, Kipr tərəfi bildirib ki, bütün müvafiq prosedurlara ciddi əməl edilməlidir, ona görə də üzvlük prosesi uzun çəkəcək.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026