Çilinin paytaxtı Santyaqoda şəhəri sudan istifadənin məhdudlaşdırılması ilə bağlı təxirəsalınmaz tədbirləri qəbul etməyə məcbur edən onillik quraqlıq fonunda otluq, qazonlar dəbdəbəyə çevrilib.
Bakıvaxtı.az xəbər verir ki, yerli hakimiyyət orqanları və landşaft dizaynerləri gözəl qazonları səhra florası (kaktus, baobab, arqaniya, kaperslər) ilə əvəz ediblər . Yolların və magistralların yaxınlığında damcı suvarma üsulu ilə az su istehlak edən bitkilərin əkilməsi planlaşdırılır. Bu, ənənəvi yaşıllaşdırm(azərtac)a ilə müqayisədə təxminən 90 faiz suya qənaət edir.
Həyətyanı sahələrin sahibləri qazonsuz rəngarəng kol və çiçəklərdən istifadə edirlər.
Şəhər də bölünüb. Paytaxtın zəngin rayonlarında daha kasıb rayonlardan fərqli olaraq daha çox yaşıl çəmənlik və ağaclı xiyabanlar var.
Paytaxtın yaşıl sahələrinə cavabdeh olan Valentina Veqanın sözlərinə görə, quraqlıq Çiliyə yayılır və suya qənaət etmək üçün şəhərlərin landşaft dizaynında əsaslı dəyişikliklər edilməlidir.
















