• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Türkiyədə bu məhsullara görə ƏDV azaldılır

DÜNYA

29 Mart 2022 | 08:43 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyədə bu məhsullara görə ƏDV azaldılır

Türkiyədə bir sıra mallar, o cümlədən şəxsi qulluq məhsulları və tibbi avadanlıqlar üzrə əlavə dəyər vergisi (ƏDV) azaldılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün "Twitter" hesabında paylaşıb.

Ərdoğan qeyd edib ki, "Biz yuyucu vasitələr, sabunlar, tualet kağızı, salfetlər və uşaq bezləri kimi malların ƏDV-ni 18 fazidən 8 faziə endirmək qərarına gəlinib.

Eyni zamanda, tibbi avadanlıqlara görə də ƏDV 18 faizdən 8 faizə endiriləcək.

Yaxtaların, qayıqların və kruiz gəmilərinin satışında isə ƏDV dərəcəsi 1 faizdən 18 faizə qaldırılıb.

"Bütün iaşə xidmətləri üçün ƏDV dərəcəsi 18 faizdən 8 faizə endirilib", - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ramid İbrahimov


Türkiyədə bu məhsullara görə ƏDV azaldılır
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026