• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ərdoğan Türkiyəyə qarşı təzyiq və hücumlardan danışdı: "Təəssüf ki..."

DÜNYA

28 Aprel 2022 | 00:11 | Müəllif: Subhan Mahmudov

Ərdoğan Türkiyəyə qarşı təzyiq və hücumlardan danışdı: "Təəssüf ki..."

Qərb mədəniyyəti incəsənət, mədəniyyət, idman və kinematoqrafiya vasitəsilə və ya bu gün necə deyərlər, "yumşaq güc" vasitəsilə əslində öz təsirini bütün müasir dünyaya yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyəyə qarşı təzyiq və hücumlara ən yaxşı qarşılıq ölkənin zəngin tarixi və mədəni irsini öyrənmək və təbliğ etməkdir.

"Təəssüf ki, dünya ictimaiyyəti tarixin verdiyi dərslərdən faydalanmayıb və bu da ksenofobiya və islamofobiya zəminində cinayətlərin artmasına səbəb olub", - deyə R.T.Ərdoğan bildirib.

Türkiyə prezidenti radikal qüvvələrin Qərbdə artan populyarlığının "narahatlıq doğurduğunu" bildirib ki, bu da sağçı partiyaların seçkilərdə uğur qazanmasında özünü göstərir: "Bir sıra Avropa ölkələrində ultrasağçılar hakim koalisiyalara qoşulmağa çalışırlar".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026