• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Rusiya ABŞ-a xəbərdarlıq etdi

DÜNYA

28 Yanvar 2022 | 13:05

Rusiya ABŞ-a xəbərdarlıq etdi

“Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyalar paketi tətbiq etməsi ABŞ və Rusiya arasında münasibətləri kəsməyə bərabər olacaq”.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.

“Bu barədə bir neçə dəfə deyilib”, - o bildirib.

S.Lavrova Rusiyanın ABŞ və NATO ilə apardığı müzakirələrə də toxunub.

“ABŞ və NATO ilə danışıqların başa çatdığını deyə bilmərəm. Hazırda Şimali Atlantika Alyansı ilə razılaşmada əldə olunmuş sadə təkliflər öyrənilir”, - nazir söyləyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib ki, ABŞ Rusiya ilə ikitərəfli formatda, həmçinin NATO və ATƏT platformalarında danışıqları davam etdirməyə hazırdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026