• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Qızdırma epidemiyasına görə fövqəladə vəziyyət

DÜNYA

27 Fevral 2024 | 14:46

Qızdırma epidemiyasına görə fövqəladə vəziyyət

Perunun 20 bölgəsində "dang" qızdırmasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, ölkənin 25 rayonundan 20-də fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2024-cü ilin səkkiz həftəsində ölkədə 31 mindən çox qızdırma xəstəsi aşkarlanıb. Bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə çox olub.

Hakimiyyət qeyd edib ki, fövqəladə vəziyyət hakimiyyət orqanlarına təcili olaraq maliyyə vəsaiti, eləcə də mütəxəssisləri zərər çəkmiş bölgələrə göndərməyə imkan verəcək.

"Dang" qızdırması kəskin viral xəstəlikdir. Əksər hallarda təsirlənənlərin yüngül simptomları olur, lakin xəstəlik şiddətli baş ağrıları, qızdırma və əzələ ağrılarına səbəb ola bilər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024