• Bakı 13° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Zelenski cəbhədəki vəziyyəti susdurduğu üçün tənqid edildi

DÜNYA

28 Mart 2024 | 13:08

Zelenski cəbhədəki vəziyyəti susdurduğu üçün tənqid edildi

Vladimir Zelenski Ukraynadakı münaqişə ilə bağlı məlumatların açıqlanmasına daha açıq olmalı və cəbhədə baş verən hadisələrlə bağlı bütün həqiqəti söyləməlidir.

Bakıvaxtı.az “Politico”ya istinadla xəbər verir ki, bu fikri ABŞ Dövlət Departamentinin Qlobal İştirak Mərkəzinin rəhbəri Ceyms Rubin bildirib.

Məlumata görə, Qərb jurnalistləri təmas xəttinə çıxışı genişləndirməkdə israrlı olsalar da, Kiyev hakimiyyəti həssas münaqişə zonalarından reportajları məhdudlaşdırır və döyüşləri işıqlandırmaqda dövlətin rolunu inkar edir.

Rusiya prezidenti Vladimir Rubin hesab edir ki, real vəziyyətə çıxış imkanlarının artması Ukraynanın müttəfiqlərindən daha çox yardıma təcili ehtiyacını gücləndirəcək.

C.Rubin əlavə edib ki, ölkə düzgün istiqamətdə irəliləsə də, hələ "tam demokratik dövlət" deyil - informasiya axını üçün bəzi mənfi nəticələr var.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR