• Bakı C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Qızıl və digər qiymətli metallar ucuzlaşıb

İQTİSADİYYAT

09 Mart 2026 | 10:07

Qızıl və digər qiymətli metallar ucuzlaşıb

Dünya bazarlarında qızıl və digər qiymətli metalların qiymətində azalma qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, COMEX birjasında qızılın aprel fyuçerslərinin qiyməti 0,91% azalaraq 5 111,90 ABŞ dolları səviyyəsinə enib.

    Spot bazarda isə qızılın qiyməti 1,12% azalaraq 5 113,83 ABŞ dolları təşkil edib.

    Digər qiymətli metallarda da ucuzlaşma müşahidə olunub. Belə ki, gümüşün qiyməti 0,75% azalaraq 83,65 dollar, misin qiyməti 0,87% azalaraq 575,65 dollar, platin isə 0,61% azalaraq 2 138,80 dollar olub.

    Analitiklər qiymətlərin azalmasına əsas səbəblərdən biri kimi investorların mənfəət realizasiyası və dolların möhkəmlənməsi fonunda risk aktivlərinə marağın artması ilə izah edirlər. Eyni zamanda Yaxın Şərqdə gərginliklə bağlı bazarlarda yaranan qeyri-müəyyənlik də qiymətli metalların ticarətində volatilliyi artırıb.


    SON XƏBƏRLƏR