• Bakı C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

QMİ sədri: “Son yüzillikdə İslam dünyasının azad edilən torpağı olmamışdı” 

CƏMİYYƏT

13 May 2021 | 10:34

QMİ sədri: “Son yüzillikdə İslam dünyasının azad edilən torpağı olmamışdı” 

 

“İnşallah, bütün qarabağlılar öz torpaqlarına qayıdacaq, bütün məscidlər, kilsələr, digər dini məbədlər bərpa olunacaq”.

Bakivaxti.az-ın məlumatına görə, bunu bu gün “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib ki, işğal olunmuş ərazilərdəki 67 məsciddən 64-ü dağıdılıb, məhv edilib: “Ağdama səfər zamanı dağıntıları, dəhşətləri öz gözümüzlə gördük. Mən sovet dövründə Ağdamın gözəlliyini görmüşəm. İndi isə Ağdam Mədain xərabələrinə oxşayır. Mən Ağdamda dağıntılar olduğunu bilirdim, amma bu səviyyədə olduğunu təsəvvür etmirdim. İraqda, Avropada da dağıntılar görmüşəm. Amma erməni faşizminin, erməni xislətinin bu səviyyədə olduğunu gözləmirdim. Ağdamda məsciddə heyvan saxlayıblar. Məscidin qapısına it bağlandığını dəlalət edən dəmir həlqə vardı. Bu qədər vəhşilik törədiblər”.

QMİ sədri qeyd edib ki, son yüzillikdə İslam dünyasının azad edilən torpağı olmamışdı: “İslam dünyasında yalnız torpaqlar işğal olunub, dağıntılar törədilib. İlk dəfə xalq-dövlət birliyi ilə bu qələbəyə nail olduq. Bundan sonra bu qələbəni saxlamalıyıq. Gənclərə təbliğ etməliyik ki, öz torpaqlarını qorusunlar. Allah şəhidlərə rəhmət etsin, bizə bir daha müharibə göstərməsin. Allah bayrağımızı həmişə uca, Azərbaycan xalqını xoşbəxt etsin”.


SON XƏBƏRLƏR