• Bakı 22° C

    5.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

FHN gücləndirilmiş iş rejiminə keçib

CƏMİYYƏT

11 Iyun 2021 | 17:28

FHN gücləndirilmiş iş rejiminə keçib

Məlum olduğu kimi, qarşıdan gələn həftələrdə UEFA Avropa Çempionatının bir neçə oyunu Bakı şəhərində keçiriləcək.

Bakıvaxtı.az nazirliyin saytına istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejiminə keçib. Belə ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən Nazirlikdə Qərargah yaradılıb. Həmçinin, oyunlarla bağlı bir sıra yerlərdə, o cümlədən Bakı Olimpiya Stadionu, Dalğa Arena, Bakcell Arena, Tofiq Bəhramov adına Respublika Stadionu və qonaqların qalacağı otellərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə nəzarət edilməsi məqsədilə Nazirliyin əlaqədar qurumlarına müvafiq tapşırıqlar verilib, təhlükəsizlik müayinələri keçirilib, maarifləndirmə işləri aparılıb. Bundan əlavə, baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026