• Bakı 21° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Qobustandakı ağır qəzada ölənlərin sayı ARTDI - YENİLƏNİB

CƏMİYYƏT

23 May 2023 | 11:06

Qobustandakı ağır qəzada ölənlərin sayı ARTDI - YENİLƏNİB

Qobustanda ağır yol qəzasında yaralan qadının ölüm xəbəri təsdiqini tapmayıb.

Bu barədə Bakıvaxtı.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, ötən gün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstituna təxliyə edilən 1972-ci il təvəllüdlü Nuriyeva Şölə Xası qızının müalicəsi davam etdirilir.

 

10:36

Qobustanda ağır yol qəzasında ölənlərin sayı 6-ya çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstituna təxliyə edilən 1972-ci il təvəllüdlü Nuriyeva Şölə Xası qızı orada vəfat edib.

Qeyd edək ki, ötən gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində “KİA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-cı il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib.

Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstituna göndərilmişdi.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026