• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Məhkəmə Söyüdlüdə saxlanılanlarla bağlı qərar verdi

CƏMİYYƏT

22 Iyun 2023 | 10:28

Məhkəmə Söyüdlüdə saxlanılanlarla bağlı qərar verdi

Gədəbəyin Söyüdlü kəndində süni gölün tikintisi zamanı yaranan insidentdə iştirak edən 5 nəfər məhkəmə qarşısına çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, etirazçılar İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli bilinib.

Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə hər biri barəsində inzibati qaydada 20 sutka həbs qərarı verilib.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Həmçinin ötən gün Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov etirazçılarla görüşüb, ikinci süni göl yaradılmayacağını bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026