• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Təhsil Şöbəsinə yeni müdir təyin olundu

CƏMİYYƏT

22 Iyul 2023 | 10:18

Təhsil Şöbəsinə yeni müdir təyin olundu

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Mehdiyev Əli Hüseyn oğlunun Şərur rayon Təhsil Şöbəsinə müdir təyin olunması ilə bağlı əmr imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Əli Mehdiyevi kollektivə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və Şərur Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İmran Əliyev təqdim ediblər.

Qeyd edək ki, Əli Mehdiyev 27 il pedaqoji staja malikdir, əvvəllər Şərur şəhər 1 nömrəli məktəbin təlim tərbiyyə işləri üzrə direktor müavini və direktoru işləyib.

Son iş yeri isə Bakı şəhər 136 nömrəli tam orta məktəbdə direktor müavini vəsifəsi olub.

Şərur rayon Təhsil Şöbəsinin bundan əvvəlki müdiri Malik İsmayılov isə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aparat rəhbəri təyin olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026