• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Laçına gedən daha 13 ailəyə evlərinin açarı verilib

CƏMİYYƏT

20 Avqust 2023 | 20:20

Laçına gedən daha 13 ailəyə evlərinin açarı verilib

Azərbaycan  Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, avqustun 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 13 ailə - 46 nəfər köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Mənzil başına çatan ailələrə evlərinin açarları təqdim olunub.

Beləcə, Laçın şəhəri üzrə 234 ailə evlərinin açarlarını təhvil alıblar. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026