• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sizdə də ishal, qusma, qızdırma varsa, demək... - Yeni virus nə dərəcədə təhlükəlidir?

CƏMİYYƏT

21 Avqust 2023 | 09:06 | Müəllif: Qalib İbrahimoğlu

Sizdə də ishal, qusma, qızdırma varsa, demək... - Yeni virus nə dərəcədə təhlükəlidir?

Son günlər istər uşaqlar, istərsə də böyüklər arasında yeni virus yayılıb. Əksəriyyət qusma, ishal və qızdırma ilə müşahidə olunan virusdan əziyyət çəkir. Verilən məlumatlarda hətta xəstəxanaların xəstələrlə dolu olduğu iddia olunur.

Bəs bu hansı virusdur? Bundan necə qoruna bilərik?

İnfeksionist Sadiqə Əliyeva Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qusma və ishal halları bir çox səbəblərdən ola bilir. Onun sözlərinə görə, ola bilər ki, həmin adamda mədə-bağırsaq problemi, qidalanma pozğunluğu olsun: "Meyvə-tərəvəzdən təmiz yuyulmamış, çox istifadə etdikdə də bu problemlər yaranır. Lakin infeksiya mənşəli də yarana bilir. Bakterial və virus mənşəli bağırsaq infeksiyaları olur. Rotavirus ishal, qızdırma, qusma halları ilə özünü göstərir".

İnfeksionist qeyd edib ki, xəstələr arasında belə problemlər yaşandıqda rotavirus, enterovirus və adenavirus müşahidə olunur: "Yəni həm infeksiya, həm də qeyri-infeksiya mənşəli ishallar qeydə alınır".

S.Əliyevaya görə, yaxşı olar ki, həmin an dərman qəbul etməsinlər: "Bol maye qəbulu və məhdud qidalanma ilə ishalın qarşısını almağa çalışsalar, daha yaxşı olar. Əgər 5 gün ərzində ishal heç azalmasa, qanlı, selikli, rəngi dəyişmiş xarakter alarsa, həkimə müraciət etmək yaxşı olar".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026