• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Polis serjantı Ələsgər Əsgərovun cənazəsi Naxçıvana aparıldı - ​​​​​​FOTO

CƏMİYYƏT

20 Sentyabr 2023 | 02:38 | Müəllif: Qalib İbrahimoğlu

Polis serjantı Ələsgər Əsgərovun cənazəsi Naxçıvana aparıldı - ​​​​​​FOTO

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən təxriƏsgərovun bat-diversiya/terror aktı nəticəsində həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlunun cənazəsi Naxçıvana gətirilib.

 Bakıvaxtı.az xəbər verir ki, sentyabrın 20-də Naxçıvan Beynəlxalq Hava Limanında polis serjantı Ələsgər Əsgərovun cənazəsinin qarşılanma mərasimi olub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları və Ələsgər Əsgərovun ailə üzvləri tədbirdə iştirak ediblər.

Polis serjantı Ələsgər Əsgərovun üçrəngli bayrağımıza bükülmüş cənazəsi polis əməkdaşlarının müşayiəti ilə mərasim yerinə gətirilib.

Səlahiyyətli nümayəndə polis serjantı Ələsgər Əsgərovun ailə üzvləri ilə görüşərək başsağlığı verib./apa


Polis serjantı Ələsgər Əsgərovun cənazəsi Naxçıvana aparıldı - ​​​​​​FOTOPolis serjantı Ələsgər Əsgərovun cənazəsi Naxçıvana aparıldı - ​​​​​​FOTOPolis serjantı Ələsgər Əsgərovun cənazəsi Naxçıvana aparıldı - ​​​​​​FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR