• Bakı 14° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Şəhidin xanımı VƏFAT ETDİ

CƏMİYYƏT

19 Oktyabr 2023 | 19:19 | Müəllif: Subhan Mahmudov

Şəhidin xanımı VƏFAT ETDİ

Şəhid Elməddin Xasayevin həyat yoldaşı Azadə Xasayeva vəfat edib. 

Bakıvaxtı.az xəbər verir ki, Azadə Xasayeva uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Onun Atilla və Afət adlı iki övladı var.

Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu olan Elməddin Xasayev 44 günlük Vətən müharibəsində, sentyabrın 27-də Füzuli döyüşləri zamanı Qaraxanbəyli istiqamətində gedən şiddətli döyüşlər nəticəsində şəhid olub.

Uzun müddət nəşi tapıla bilməyib. 31.12.2020-ci il tarixində nəşi tapılaraq ailəsinə təhvil verilib.

Elmədin Xasayev ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026