• Bakı C

    11.53 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Qohumunun maşınını oğurlayan şəxs görün harada saxlanıldı

CƏMİYYƏT

10 Iyun 2023 | 13:18

Qohumunun maşınını oğurlayan şəxs görün harada saxlanıldı

Binəqədidə vətəndaşın avtomobilini onunla birgə yaşayan qohumu oğurlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, rayon polis idarəsinin 6-cı polis bölməsinə iyunun 9-da səhər saatlarında Biləcəri qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Araşdırmalarla vətəndaşın mobil telefonunun və nəqliyyat vasitəsinin açarının onunla birgə yaşayan qohumu İsrayıl Əlixanovun oğurlaması və avtomobili qaçırması müəyyənləşib.

Polis əməkdaşlarının keçirdikiləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əlixanov Bakı-Quba yolunda avtomobillə hərəkətdə olarkən saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalar davam edir.


SON XƏBƏRLƏR

18 Mart 2024