Neftçala sakini hündürlükdən yıxılaraq ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Xol Qarabucaq kəndində qeydə alınıb.
Kənd sakini, 1950-ci il təvəllüdlü İbadov Eyvaz Abdulxeyir oğlu qonşunun antenasını düzəldərkən yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır./APA