• Bakı C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Qonşusunun evindən oğurluq edən şəxs saxlanıldı

HADİSƏ

30 Yanvar 2023 | 19:31

Qonşusunun evindən oğurluq edən şəxs saxlanıldı

Yardımlıda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Yardımlı rayonu ərazisindəki evlərdən birindən 1159 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini D. Kazımov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun gecə saatlarında, sahibinin evdə olmamasından istifadə edərək həmin evə daxil olduğu və oğurladığı məişət əşyalarını Bakı şəhəri ərazisinə apararaq orada satdığı müəyyən edilib.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.


SON XƏBƏRLƏR

18 Mart 2024