• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Hacıbala Abutalıbovun qardaşı oğlu Bakıda ağacları kəsdirdi - YENİLƏNİB

HADİSƏ

01 Mart 2023 | 12:42

Hacıbala Abutalıbovun qardaşı oğlu Bakıda ağacları kəsdirdi - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, “Yaşıl Ada” uşaq bağçasının sahibi Oktay Abutalıbov bağçanın ətrafındakı ağacları kəsdirib.

Bakıvaxtı.az xəbər verir ki, Oktay Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş başçısı, Baş nazirin sabiq müavini Hacıbala Abutalıbovun qardaşı oğludur.

Xatırladaq ki, Hacıbala Abutalıbov 2001–2018-ci illərdə BŞİH-nin başçısı, 2018-2019-cu illərdə isə Baş nazirin müavini olub. /Unikal.az
 

11:21

Bakı şəhərinin Nəsimi rayonu və Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində ağacların kəsildiyi müəyyən edilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Bakıvaxtı.az-a bildirib ki, araşdırma zamanı Nəsimi rayonu, Ənvər İsmayılov küçəsi, “Yaşıl Ada” uşaq bağçasının ətrafındakı ağacların bağçanın sahibi Oktay Abutalıbov, Tovuz rayonun Koxa Nəbi kəndi ərazisindəki ağacların isə kənd sakini Binnət Hüseynov tərəfindən kəsildiyi məlum olub:

“Faktlarla bağlı akt tərtib edilib və hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026