• Bakı 24° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Sumqayıtda oğurluq edildi

HADİSƏ

31 Mart 2023 | 11:04

Sumqayıtda oğurluq edildi

Martın 30-da gecə saatlarında Sumqayıt şəhərində bir nəfərin içərisində 1848 manatı olan cüzdanının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elçin İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026