• Bakı 19° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Azərbaycanda polis qəzada HƏLAK OLDU

HADİSƏ

30 Aprel 2023 | 09:07 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda polis qəzada HƏLAK OLDU

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən  hissəsində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub. Nəticədə Seyidrüstəm Əliyev  hadisə yerində dünyasını dəyişib.

"Priora"da olanlar 2001-ci il təvəllüdlü  Fikrət Bağırov, 2000-ci il təvəllüdlü Toğrul  Quluzadə, həmyaşıdı Zirəddin Mahmudov və 2002-ci il təvəllüdlü Azər Mahmudov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon mərkəzi  xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, qəzada ölən S. Əliyev polis zabiti olub. O, Gədəbəy Rayon Polis Şöbəsində xidmət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026