• Bakı 13° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

İsmayıllıda qəza: Avtomobil məktəblini vuraraq öldürdü - YENİLƏNİB

HADİSƏ

28 May 2023 | 20:29

İsmayıllıda qəza: Avtomobil məktəblini vuraraq öldürdü - YENİLƏNİB

İsmayıllıda məktəblini avtomobil vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, bu gün saat 18:20 radələrində İsmayıllı rayonunun Qaraqaya kəndi ərazisində Şahid İsgəndərov idarə etdiyi “İsuzu” markalı avtobusla yolu keçən piyada, 2010-cu il təvəllüdlü Qobustan rayon sakini A.Cəfərovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

19:31

İsmayıllıda məktəblini avtomobil vurub.

    Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumatlara əsasən, hadisə rayonun Lahıc yolu istiqamətində baş verib.

    Qobustan sakini 2010-cu il təvəllüdlü Cəfərov Asəf Valeh oğlu hadisə nəticəsində dünyasını dəyişib.

    Məktəblinin İsmayıllıda qonaq olduğu ehtimal olunur.

    Fakt araşdırılır./apa


    SON XƏBƏRLƏR

    27 Mart 2024