• Bakı 20° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Bərdədə fərdi yaşayış evinin tavanı uçdu - VİDEO

HADİSƏ

27 Iyun 2023 | 00:57

Bərdədə fərdi yaşayış evinin tavanı uçdu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bərdə şəhəri, Səttarxan küçəsində birmərtəbəli yaşayış evində baş verən uçqun nəticəsində vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, birmərtəbəli dördotaqlı fərdi yaşayış evinin bir otağının tavanının uçması nəticəsində 1929-cu il təvəllüdlü Mirzəyev İbrahim İsmayıl oğlu və 1940-cı il təvəllüdlü Mirzəyeva Arəstə Cəlal qızı uçqun altında qalıblar.

FHN-in yanğınsöndürən-xilasediciləri tərəfindən operativ olaraq həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar İ.Mirzəyev və A.Mirzəyeva xilas ediliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR