• Bakı 20° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Ordumuzun daha bir əsgəri intihar etdi - YENİLƏNİB

HADİSƏ

26 Iyul 2023 | 16:43

Ordumuzun daha bir əsgəri intihar etdi - YENİLƏNİB

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin  hərbi qulluqçusu, əsgər Əyyubov Telman Məhəmməd oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə  Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

Bakıvaxtı.az  xəbər verir ki, daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, eləcə də digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

 

15:46

Azərbaycanda əsgər özünə qəsd edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Laçın rayonunda qeydə alınıb.

Belə ki, Qazax rayonu Daş Salahlı kənd sakini, 2004-cü il təvəllüdlü əsgər Eyyubov Telman Məhəmməd oğlu özünü güllələyərək öldürüb. /Unikal.az
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026