Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş -deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Qaxda toyda bıçaqlanma olub.
Bakıvaxtı.az xəbər verir ki, rayonun Ləkit kənd sakini 1998-ci il təvəllüdlü Şıxəmirli Yamən Laçın oğlu bıçaq xəsarəti ilə Qax rayon Mərkəzi xəstəxanasına daxil olub.
Hadisənin toy mərasimində baş verdiyi bildirilir. /Unikal.az
















