• Bakı 21° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Kürdəmir sakini özünə şüşə ilə xəsarət yetirdi

HADİSƏ

29 Aprel 2023 | 16:15

Kürdəmir sakini özünə şüşə ilə xəsarət yetirdi

Kürdəmir sakini özünə ağır bədən xəsarətləri yetirib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Cənub məhəlləsində qeydə alınıb.

Belə ki, rayon sakini 26 yaşlı Kazımov Pünhan Vidadi oğlu şüşə ilə özünə yaşadığı evdə xəsarət yetirib.

O, dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Bildirilib ki, ona həkimlər tərəfindən sağ dirsək oynağın geniş kəsilmiş, cırılmış yarası diaqnozu qoyulub.

P.Kazımova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Lakin vəziyyətinin ağır olması səbəbi ilə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Hazırda faktla bağlı araşdırma aparılır. /Bizim.Media


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026