• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Qripə qarşı peyvənd: Bu gün vurdum, sabah qorusun olmur...

CƏMİYYƏT

30 Yanvar 2023 | 11:43

Qripə qarşı peyvənd: Bu gün vurdum, sabah qorusun olmur...

“Peyvənd qripə qarşı ən yaxşı qorunma üsuludur”.

Bunu Bakıvaxtı.az-a son günlər yayılmış qripə qarşı əhaliyə peyvənd vurulması barədə gəzən söz-söhbətə aydınlıq gətirən infeksionist Mərdan Əliyev deyib.

Onun sözlərinə görə. əslində, peyvənd hər il vurulmalıdır: “Amma burda bir məsələ var ki, artıq peyvəndin vurulması üçün gecdir. Artıq əhalinin çox hissəsi yoluxub və sağalıb”.

İnfeksionistə görə, düzdür, virus yenə də davam edir, peyvənd vurulmalı və bir müddət keçməlidir ki, qorumağa başlasın: ”Yəni, bu gün vurdum, sabah qorusun olmur. Bir müddət keçməlidir ki, qoruyucu antitellər əmələ gəlsin. Buna görə hazırda epidemiya, xəstəlik gedə-gedə peyvəndin vurulması düzgün deyil”.

“Bildiyimə görə, bir qrup şəxslərə peyvənd vurulub. Əslində isə bu, noyabr-dekabr aylarında vurulmalıdır ki, insanlar qripə qarşı hazırlıqlı olsun” deyən M.Əliyev hesab edir ki, düzdür, bütün əhaliyə vurulması daha yaxşı olar. Amma bu, vaxt, enerji və maliyyə vəsaiti tələb edir.

“Buna görə, hər kəsə vurulmasa da, bir qrupa və ya könüllü insanlara vurula bilər”, - deyə Mərdan Əliyev qeyd edib.

Aytac Aslan


SON XƏBƏRLƏR

18 Mart 2024