• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Mart ayında gündəmimizdə nələr olacaq?

CƏMİYYƏT

01 Mart 2023 | 10:53

Mart ayında gündəmimizdə nələr olacaq?

Mart ayı ilin ən vacib aylarından biri olacaq. Unudulmaz hadisələr yaşamağa hazır olun.

Bakıvaxtı.az “CNN türk”ə istinadən bildirir ki, martın 3-də ünsiyyətdən xəbər verən Merkuri Balıq bürcünə girəcək və bu, mentalitetimizdə yeni bir dövrün başlanmasına işarə olacaq. Biz daha emosional, daha düşüncəli olacağıq.

Martın 7-də 16 dərəcə Qız bürcündə tam ayı yaşayacağıq. Tam aylar sonluqları və hesabları bağlamaq ehtiyacını simvollaşdırır. Bu Tam Ay ilə həyatımızda tamamilə yeni bir dövrə qədəm qoyuruq.

Eyni zamanda martın 7-də daha bir mühüm hadisənin qapısı açılır. Saturn, təxminən 30 ildən sonra Balıqlar bürcünə girəcək və maraqlı hadisələrə imza atacaq.

Martın 17-də Veneranın hökmdarı olduğu Buğa bürcünə keçəcək bu tranzit hamımızı müəyyən qədər rahatlaşdıracaq bir keçid olacaq.

19 mart Merkuri Qoç bürcünə girəcək və həyatımız demək olar ki, hərəkətə keçəcək.

Martın 21-də Günəş Qoç bürcünə girəcək və biz 0 dərəcə Qoçda yeni ay ilə yepyeni bir dövrə başlayacağıq.

Pluton Dolça keçidi 23 martda başlayacaq və bu dövr bir dövrü bağlayaraq tamamilə yeni bir dövrə başlayacaq və bu dövr 9 mart 2043-cü ilə qədər davam edəcək. Texnologiya, kosmos və dünyadan kənar həyatla bağlı mövzular gündəmdə olacaq.

Martın 28-də Mars təxminən 6 aydır davam edən Əkizlər bürcündə səyahətini tamamlayacaq və Xərçəng bürcünə keçəcək. Ölkəmizlə, ailəmizlə, uşaqlarımızla bağlı məsələlər çox gündəmdə olacaq.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026