• Bakı 10° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Yevlax “ağ örpəyə” büründü - FOTOLAR

CƏMİYYƏT

31 Mart 2023 | 09:42 | Müəllif: Qalib İbrahimoğlu

Yevlax “ağ örpəyə” büründü - FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əvvəlcədən xəbərdarlıq etdiyi kimi, martın 30-dan ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür .

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, paytaxt və bölgələrdə güclü külək müşahidə olunur. Külək bəzi ərazilərdə ciddi fəsadlar törədib.

Yevlaxda isə müşahidə olunan güclü külək nəticəsində şəhər “ağ örpəyə” bürünüb.

Bakıvaxtı.az-ın şəhər əhalisindən aldığı məlumata görə, belə ki, açıq ərazilərdə torpaq şoranı rayonun bütün küçələrinə yayılıb. Əhali yarızarafat, yarıgerçək “Yevlağa şoranlı qar yağıb” deyərək, bu halla indiyədək üzləşmədiklərini bildirirlər.

Qeyd edək ki, Nazirliyin xəbərdarlığında bildirilir ki, aprelin 1-i günün ikinci yarısınadək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, martın 31-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir.

Martın 31-i gün ərzində fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi gözlənilir. 31-i axşam Abşeron yarımadasının əsasən şimalında yağışın qısa müddətə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti aprelin 3-ü səhərədək davam edəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.

Dünən şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, Böyük və Kiçik Qafqazın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi gözlənilir.

Martın 31-də isə yağıntıların əksər rayonları əhatə edəcəyi, bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Aprelin 1-də günün ikinci yarısında yağıntıların intensivliyi azalacaq, axşama doğru isə tədricən kəsiləcək. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, 30-u axşam, 31-də gecə və səhər bəzi yerlərdə arabir 33-38 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Murad Məmmədli


Yevlax “ağ örpəyə” büründü - FOTOLARYevlax “ağ örpəyə” büründü - FOTOLARYevlax “ağ örpəyə” büründü - FOTOLARYevlax “ağ örpəyə” büründü - FOTOLARYevlax “ağ örpəyə” büründü - FOTOLARYevlax “ağ örpəyə” büründü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR