“Səhhətim yaxşıdır. Ciddi bir problem yoxdur"
Bunu Bakıvaxtı.az-a Xalq artisti Arif Babayev deyib.
"Sadəcə son günlər bir balaca soyuqladığımdan səsim yaxşı deyil" deyən Xakq artisti səhhəti ilə bağlı həyat yoldaşıyla danışmağı məsləhət görüb.
Həyat yoldaşı Gültəkin Babayeva öncəllikə Xalq artistinin səhhəti ilə maraqlanan Bakıvaxtı.az-ın əməkdaşına təşəkkür edərək, Arif Babayevin durumunun yaxşı olduğunu deyib
G.Babayeva A.Babayevin müalicəsinin davam etdiyini qeyd edib:
“Ciddi heç bir şeyi yoxdur, vəziyyəti yaxşıdır, ayaq üstədir. Sadəcə, indi bir az soyuqdəyməsi var deyə, səsi tutulub. Amma pis deyil, Allaha şükür, yaxşılıqdır”.
Qeyd edək ki, A.Babayev Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə bağlı müalicə alıb.
Aytac Aslan
















