• Bakı 19° C

    0.74 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Qubadlıda silah-sursat aşkarlandı - FOTO

CƏMİYYƏT

07 Yanvar 2023 | 11:25

Qubadlıda silah-sursat aşkarlandı - FOTO

Qubadlı rayonunda silah-sursat aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki tərk edilmiş hərbi mövqelərdən 8 tank əleyhinə idarə olunan raket sistemi, 5 qumbaraatan, 35 qumbara, 66 ədəd müxtəlif növ mərmilər və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.


Qubadlıda silah-sursat aşkarlandı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026