• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vəkil niyə intihar etdi? - Məktub aşkarlandı

CƏMİYYƏT

06 Fevral 2023 | 10:52

Vəkil niyə intihar etdi? - Məktub aşkarlandı

Sumqayıtda vəkilin intiharı ilə bağlı bəzi detallar üzə çıxıb.

Bakıvaxtı.az  Baku TV-yə istinadən xəbər verir ki, özünü yaşadığı 16-cı məhəllədəki binanın yanından keçən qaz borusundan asan Sumqayıt Regional Vəkil Bürosunun üzvü 45 yaşlı Vüsal Mirzəyevin üzərindən məktub tapılıb.

Vüsal Mirzəyev əlyazmada ölümündə heç kəsin günahının olmadığını deyib və ailəsindən üzr istəyib. O, anasının 2 il əvvəl vəfat etməsindən sonra yaşamaq istəmədiyini, intiharı əvvəlcədən qərarlaşdırdığını qeyd edib.

Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı 9 ildir vəkillik vəfaliyyəti ilə məşğul olan Vüsal Mirzəyevin həyat dolu insan olduğunu, müsbət xarakterli hüquqşünas kimi tanındığını deyib.

Hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026