• Bakı 19° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Qurban Qurbanov dünya reytinqində mövqeyini qorudu

İDMAN

20 Mart 2023 | 13:20

Qurban Qurbanov dünya reytinqində mövqeyini qorudu

Dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.

Son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə Azərbaycan klubları iki mütəxəssislə təmsil olunub.

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov “Top-500”də qərarlaşıb.

Cədvəldəki yeganə azərbaycanlı məşqçi Qurbanov 1595 xalla 206-cidir. 51 yaşlı mütəxəssis ötən cədvəllə müqayisədə mövqeyini qoruyub.

“Neftçi”nin rumıniyalı çalışdırıcısının da yeri dəyişməz qalıb. O, 1627 xalla 175-ci yerdədir.

Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) da ilk “üçlük”də qərarlaşıb.


SON XƏBƏRLƏR