• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Real” və “Barselona” arasında gərginlik

İDMAN

18 Aprel 2023 | 14:57

“Real” və “Barselona” arasında gərginlik

İspaniyanın “Real” və “Barselona” klubları arasında gərginlik yaranıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb “Barselona”nın prezidenti Joan Laportanın çıxışı olub. 

Bakıvaxtı.az xəbər verir ki, o, verdiyi açıqlamada Madrid təmsilçisinin 1939-1975-ci illərdə İspaniya kralı olan Fransisko Frankonun hesabına çempionluqlar qazandığını bildirib. Laporta Kral Frankonun güc tətbiq edərək, hakimlərə təzyiq edərək “Real”a qələbələr qazandırdığını deyib. 

“Kral klubu”nun da buna cavabı gecikməyib. Onlar sosial şəbəkə hesablarında paylaşım edərək “Barselona”nın Frankonun zamanında qazandığı titulları açıqlayıb. 

Nəticədə tərəflər arasında gərginlik daha da yüksəlib. 

Onların arasındakı bu gərginlik həm medianı, həm də azarkeşləri təəccübləndirib. Çünki bir müddət əvvəl “Real” prezidenti Florentino Perez və “Barselona”nın prezidenti Joan Laporta birlikdə Avropa Superliqası layihəsini yaradacaqlarını açıqlamışdılar. Onlar hər ikisi klublarının daha çox qazanması üçün bu layihədə həmrəy olduqlarını bildirmişdilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026