Türkiyə və Argentina millilərinin zəlzələdən zərərçəkənlər' yard;m m'qs'dil' Qaziantepdə yoldaşlıq oyunu keçirəcəyi gündəmə gəlib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilk danışıqlar müsbət olsa da, Argentinanın dünya şöhrətli ulduzu Lionel Messinin icazə veriləcəyi təqdirdə Türkiyəyə gələcəyi gözlənilir.
Latın Amerikası və Karib hövzəsi Parlamentinin (PARLATİNO) Türkiyə Böyük Millət Məclisindəki Türkiyə nümayəndə heyətinin rəhbəri Əli Şahinin sözlərinə görə, zəlzələdən zərərçəkənlər ə yardım məqsədilə Argentinanın keçmiş vitse-prezidenti Julio Kobosa yoldaşlıq oyunu keçirilməsini təklif edib. O, Türkiyə və Argentina milli komandalarının tarixdə daha əvvəl heç bir matç oynamadığını qeyd edib.
Danışıqların müsbət nəticə verəcəyi təqdirdə zəlzələ qurbanlarının ailələri və uşaqlarının da tamaşaçı olacağı matç Qaziantepdə keçiriləcək.
"Bu matç Argentina ilə Türkiyə arasındakı əlaqələrə və iki ölkə xalqlarının yaxınlaşması prosesinə də qatqı verəcək", - deyə Əli Şahin vurğulayıb.
Murad Məmmədli
















