• Bakı 23° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Millimiz yoldaşlıq görüşü üçün rəqib axtarır

İDMAN

18 May 2023 | 14:04

Millimiz yoldaşlıq görüşü üçün rəqib axtarır

Futbol üzrə Azərbaycan millisi iyunda yoldaşlıq görüşü keçirmək üçün rəqib axtarır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Milli assosiasiya rəsmisi bildirib ki, məsələ ilə bağlı müxtəlif federasiyalarla danışıqlar aparılır: “Amma hələlik yekun qərar yoxdur”.

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda yer alan Azərbaycan millisi iyunun 17-də Estoniya seçməsini “Dalğa Arena”da qəbul edəcək. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR