• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qurbanov: Yuxuda Şuşanı və Aqil Abbası görmüşdüm

İDMAN

12 Iyul 2022 | 23:17 | Müəllif: Subhan Mahmudov

Qurbanov: Yuxuda Şuşanı və Aqil Abbası görmüşdüm

Ötən gün maraqlı yuxu görmüşdüm. Yuxuda Qarabağda və Şuşada idim.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis ötən gecə yuxuda Aqil Abbası da gördüyünü bildirib:

"Görürəm ki, Şuşada dağın başındadır. Qar yağıb və Aqil müəllim qarın içindədir. Məndən bir az yuxarıdadır və deyir ki, Qurban, gör şəhər necə istidir. Mənə bir-bir təpələri göstərir ki, gör oraya necə qar yağıb. Baxıram və görürəm ki, oralar ağdır. Bəlkə də bu oyundan əvvəl Aqil müəllim mənə zəng etməyib, buna görə yuxuda onu görmüşəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026