• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Qarabağ"la oyundan əvvəl müdafiəçi aldılar

İDMAN

11 Avqust 2022 | 18:31 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"la oyundan əvvəl müdafiəçi aldılar

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi Çexiya "Viktoriya"sı növbəti transferini həyata keçirib.

Bakıvaxtı.az klubun saytına istinadən xəbər verir ki, Plzen təmsilçisi ölkənin digər klubu "Siqma"dan Vatslav Yemelkanı heyətinə cəlb edib. Çexiya millisinin müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

Onun Ağdam təmsilçisinə qarşı matçlarda iştirak edə biləcəyini vurğulanıb.

Xatırladaq ki, "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026